Azərbaycanın “meqaladon”u Respublika kubokunun qalibi oldu -

Dekabrın 6-9-da Bakıda kikboksinq üzrə oğlanlar, gənclər və böyüklər arasında Respublika kuboku keçirilmişdir.

Ümumilikdə 554 idmançının iştirake etdiyi turnirdə Azərbaycan boksunun tarixində Azərbaycandan yeniyetmələr arasında ilk qadın Avropa çempionu kimi daxil olmuş Emili Rzayeva da iştirak edib.

Qeyd edək ki, Emilinin 16 yaşı var. O uzun müddətdir boks, kikboksinq, uşu-sanda və muay-tayda döyüş növləri üzrə böyük nəticələr əldə edib.

Respublika kubokunda da Emili gənclər arasında 65 kq çəki dərəcəsində mübarizə aparıb və rəqibini nokautla məğlub edərək qalib gəlib.


Mövzu haqqında oxuyun:

https://metbuat.az/news/1452737/azerbaycanin-meqaladon-u-emili-rzayeva.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR