DÇ-ni izləmək üçün Qətərə nə qədər insan gəlib?

Noyabrın 20-dən dekabrın 18-dək dünya çempionatı zamanı Qətərə 1,4 milyondan çox insan səfər edib.

Metbuat.az xəbər verir ki, bu barədə turnirin təşkilat komitəsi məlumat yayıb.

"Çempionat zamanı Qətər dünyanın müxtəlif yerlərindən 1,4 milyondan çox qonaq qəbul edib. Stadionlarda keçirilən matçlara gələn azarkeşlərin ümumi sayı 3,4 milyona yaxın olub, yəni hər matçda orta hesabla azarkeş sayı 53 mini ötüb”.

Qeyd edək ki, Qətər dünya çempionatına ev sahibliyi etmək hüququ qazanan ilk ərəb və müsəlman ölkəsi oldu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR