Braziliya -Serbiya oyununda vurulan qol Dünya Çempionatı- 2022-nin ən yaxşı qolu seçilib.
Metbuat.az xəbər verir ki, "sambaçılar"ın 2:0 hesabı ilə qalib gəldiyi oyunda Riçarlisonun rəqib qapısından keçirdiyi qol mundialın ən yaxşı qolu seçilib. Riçarlisonun 73-cü dəqiqədə vurduğu qol yuxarı zərbə ilə tora göndərilib.
Qeyd edək ki, Riçarlison sözügedən qarşılaşmada dubl edib.