2023-cü ildə dünyanı və Azərbaycanı nə gözləyir?

Bir neçə gündən sonra dünya köhnə 2022-ci ili yola salıb, yeni -2023-cü ili qarşılayacaq. İlin sonuncu həftəsinin yaşadığımız bu günlərdə əksəriyyət qarşıdakı illərdə dünyanı və ölkəmizi gözləyən reallıqlar barədə düşünür.

Bu suallara iqtisadçı-ekspert Eldəniz Əmirov müəyyən cavablar verib.

Metbuat.az həmin proqnozu təqdim edir:

İlk olaraq dünyadan başlayaq:

Eldəniz Əmirov

  • İnfilyasiyanın davam edəcək. 2023-cü ildə infilyasiyanın artım sürəti azalsa da 2024-cü ilin ikinci rübünə qədər artım davam edəcək.
  • Laboratoriyalarda yetişdirilən ət bəzi ölkələrdə satışa çıxarılacaq.
  • Dünya bazarlarında neftin qiymətində dalğalanmalar yenə də olacaq. Amma ortalanma qiymət bu ildən yuxarı olacaq. Müəyyən müddətdə isə 120 dolları ötəcək, hətta 130-a çatma ehtimalı da istisna deyil.
  • Qızılın qiymətində artımlar olacaq. Çünki FES-nin bahalı dolar siyasətində yumşalmalara getməsi qızılın qiymətində artımlara səbəb olacaq.
  • 2023-də geoiqtisadiyyat dövrü gəlib çatacaq. Çin və Qərb yeni mübarizə formatına keçməsi diplomatiya, geosiyasət və iqtisadiyyatı bir mürəkkəb döyüş meydanında birləşdirəcək.
  • İnkişaf etməkdə olan dövlətlər nəhayət, ABŞ, Avropa və Yaponiyanın istədiyi kimi bütün addımları artıq atmayacaq və mövcud dünya nizamını yıxacaqlar.
  • Beynəlxalq ticarətdə əməliyyatların 1/3-dən çoxu dollarla aparılır, eyni zamanda dünya valyuta ehtiyatlarının 60%-i dollarda saxlanılır. ABŞ dünyanın əsas ehtiyat valyutasının emitenti kimi qlobal maliyyə sahəsində hegomonluğunu hələ qarşıdakı illərdə də saxlayacaq.
  • Çinin qlobal ticarətə və siyasətə daha çox təsir göstərməyə çalışacaq. Amma ABŞ-dan başqa Hindistanın da iqtisadi cəhətdən güclənməsi onun problemlərini artıracaq. Eyni zaman da Himalay dağlarında Hindistan-Çin gərginliyi də artma ehtimalı da var.
  • • Dünya ölkələri inflyasiya ilə mübarizəyə görə uçot dərəcələrini kəskin artırmaq siyasətində nisbətən yumşaldılmaya gedəcəklər. Bu da iqtisadiyyatın daralmasının qarşısını almağa kömək edəcək.

    • Qlobal ÜDM artımı 1.2% -1.5% ətrafında olacaq.

    • ABŞ infilyasiyaya qarşı mübarizəyə görə kredit-monetar siyasətini sərtləşdirdiyi üçün onun iqtisadiyyatının 2023-cü il üçün artım proqnozunu 0,5% çox olması gözləmək doğru deyil.

    • Çinin 2023-cü ildə iqtisadi artımı isə 4%-dən yüksək olacaq.

    • Rusiya hərbi siyasi arenada olduğu kimi iqtisadi cəhətdən də çökməyə davam edəcək. Müharibənin növbəti ilin sonuna qədər davam etmə ehtimalı çox böyükdür.

    • Qərbin dəstəyi Ukraynanı qalib edənə qədər Türkiyə beynəlxalq aləmdə nüfuzunu və günü daha artırmağa çalışacaq. Çünki, əks halda Rusiya üzərində istəyinə nail olan qərb Rusiya- Ukrayna modelini Türkiyə-Yunanıstan münasibətlərinə tətbiq edə bilər.

    • İranın parçalanmasını Qərb, ABŞ və Çin istəmir. Qlobal güclər bu dövlətdə rejimin dəyişməsini, iqtidara idarə edə bildikləri qüvvələrin gəlməsini istəyirlər. 2023-cü ildə də bu proses davam edəcək və molla rejimi ciddi islahatlara gedəcək.

    • Avropanın iqtisadi həyatında vəziyyət o qədər də yaxşı olmayacaq. Ukraynadan qaçqın axınının artması və müdafiə xərclərinin artması Avropada dövlət xərclərinin artımına səbəb olacaq. Bu da Avropa ÜDM-nə mənfi təsir edəcək.

    • 2023-cü ildə müdafiə xərcləri, bərpa işləri və yaşıl enerji keçidinə investisiyalar artacaq.

    • Əvvəlki illərdən fəqli olaraq qloballaşma meylləri azalacaq. Dünya iqtisadiyyatı “müharibə iqtisadiyyatı” rejiminə keçəcək və milli iqtisadi faydalar qloballaşmadan daha önə çıxacaq. Bu da “Qloballaşma ideologiyası”nı sarsıdacaq.

    • Ənənəvi enerjinin ekoloji cəhətdən təmiz olmaması, alternativ enerjinin isə həm baha, həm də ehtibarsız olması dünya iqtisadiyyatının 2023-cü ildə qayğılarından biri olacaq.

    • Ümumdünya Səhiyyə Təşkilatı öz mövcudluğunun dünya üçün vacib olmasını göstərmək üçün COVİD-19 pandemiy-nın başa çatdığını və təhlükəsiz həyatın başladığını elan etməyəcək. Müddətlər uzaldılacaq.

    • Dünyanın bir çox ölkələri dollardan asılılığını azaltmaq üçün yeni ehtiyat valyutadan istifadə etməklə bağlı bircə cəhd göstərəcəklər. Amma bu yaxın bir neçə ildə mümkün olmayacaq.

    •T ürkiyə dünyanın qlobal qərarları verən 5 ölkəsindən biri olmaq istiqamətində ciddi irəliləyişlər edəcək.

    • Regionda Azərbaycan-Türkiyə münasibətləri daha güclənək, Türk dünyasının vahid inteqrasiyası planları növbəti mərhələyə qədəm qoyacaq.

    • İlin sonuna müharibə bitməsə belə özünün köz dövrünü yaşayacaq.

    Mövzunu davam etdirəcəyik...


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR