Futbol üzrə üçqat dünya çempionu braziliyalı Pelenin ölüm səbəbi açıqlanıb.
Metbuat.az xəbər verir ki, onun vəfat etdiyi Albert Eynşteyn klinikasından bildirib ki, buna səbəb daxili orqanların çoxsaylı çatışmazlığı olub.
Qeyd edilib ki, orqanların çatışmazlığı bağırsaq xərçənginin mənfi dinamikası nəticəsində yaranıb.
Klinikanın mətbuat xidməti keçmiş futbolçunun ailəsinə və sevimli Futbol Kralının itkisinə görə kədərlənənlərin hamısına başsağlığı verib.