Rusiya XİN Laçın yolundakı son vəziyyətə münasibət bildirib

“Biz bu il oktyabrın 31-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi zirvə görüşündə qeyd edildiyi kimi, ərazidə təhlükəsizliyin təmin edilməsinə əsas töhfəni Rusiya sülhməramlıları verir”.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan-Ermənistan münasibətləri və sülhməramlılarla bağlı sualı şərh edərkən bildirib.

O, Azərbaycan ərazisində müvvəqqəti yerləşən Rusiya sülhməramlılara qarşı istənilən açıq hücum və təxribatı qəbuledilməz, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə ciddi ziyan vuran məqsədyönlü hərəkətlər hesab etdiklərini vurğulayıb.

“Biz Bakı və İrəvanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün müddəalarına ciddi əməl etməyə çağırırıq”, - M.Zaxarova deyib.

O, Laçın yolundan yalnız bu sənəddə göstərilən məqsədlər üçün istifadə olunmasının vacibliyini qeyd edib: “Ümidvarıq ki, tərəflər regionda filiz yataqlarının işlənməsinə dair razılığa gələcəklər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR