Bakıda ağır yol qəzası olub, 3 nəfər ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda, "Şəfa" stadionu yaxınlığında qeydə alınıb.

Qəza "Mercedes" markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.