Gənc oğlan nişanlısını niyə bıçaqlayıb? -

Astarada baş verən bıçaqlanma hadisəsi ilə bağlı bəzi təfərrüatı məlum olub.

Metgbuat.az APA-ya istinadən xəbər verir ki, hadisəni törədən 22 yaşlı Mirisaq Mirtalıbovun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Döyüşlər zamanı onun yaralandığı və barotravma (kantuja) aldığı deyilir.

Onun xəstəliyini bilən qız tərəfi nişanı bir neçə dəfə qaytarmaq istəyib.

Gənc oğlan axşam saatlarında qızın valideyinlərinin evdə olmadığından istifadə edərək onlara gedib.

Aralarında yaranan mübahisə nəticəsində əvvəlcə nişanlısını döyüb, sonra onun bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vurub.

Xəsarət alan Səbinə Qənbərova xəstəxanada əməliyyat olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR