Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan şəxs bilindi

Dahi bəstəkar Üzeyir Hacıbəylinin Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə ayaqqabı atan şəxs müəyyən olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev məlumat verib.

O qeyd edib ki, həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb: "Həmin şəxs müəyyən olunub, polis orqanına dəvət edilib və barəsində qanunamüvafiq tədbir görülüb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR