“Saxta və ikiüzlü":

Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Ukraynada 36 saatlıq atəşkəs bu gündən qüvvəyə minib.

Metbuat.az xəbər verir ki, Kiyev tərəfi isə hesab edir ki, Putinin həmləsinin məqsədi Ukrayna ordusunun irəliləməsinin qarşısını almaqdır. Birləşmiş Millətlər Təşkilatı atəşkəsi alqışladığını açıqlayıb. Bununla belə, açıqlamada atəşkəsin Birləşmiş Millətlər Təşkilatının Konvensiyaları və beynəlxalq hüquq çərçivəsində əldə olunacaq ədalətli sülhü əvəz edə bilməyəcəyi vurğulanıb. ABŞ və Avropa İttifaqı Rusiyanın qərarına qarşı çıxıb. ABŞ prezidenti Co Bayden hesab edir ki, Putin bu həmləsi ilə Ukrayna ordusunun uğurlu həmlələlərini səngitmək istəyir. Avropa İttifaqı müvəqqəti atəşkəsi “saxta və ikiüzlü” qərar adlandırıb.

Qeyd edək ki, Prezident Vladimir Putin Ukraynada bu gündən etibarən 36 saat müddətində atəşkəs tətbiq edilməsi barədə əmr verib. Bu barədə Kremldən açıqlama verilib. Bildirilib ki, Vladimir Putin ortodoksların milad bayramı ilə əlaqədar belə qərar qəbul edib. Döyüş bölgələrində çox sayda ortodoksun yaşaması ilə əlaqədar olaraq insanların milad bayramı münasibətilə dini mərasimlərdə iştirak edə bilməsi üçün Ukrayna tərəfinə müvəqqəti atəşkəs elan etmək çağırışı edirik” - açıqlamada deyilir.

Ukraynanın Prezident Aparatının müşaviri Mixail Podolyak Rusiyanın atəşkəs təklifinə “ikiüzlü davranışları özünüzə saxlayın” deyə cavab verib. Podolyakın sözlərinə görə, müvəqqəti atəşkəs Rusiya işğal etdiyi əraziləri tərk edəndən sonra mümkün ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR