Bu tarixdən sertifikasiya imtahanları bərpa edilir -

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin 26 dekabr 2022-ci il tarixindən texniki səbəblərdən təxirə salınan sertifikasiya imtahanları yanvarın 11-dən etibarən keçirilməsi bərpa edilir.

Metbuat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, imtahanı təxirə salınan şəxslərə yeni imtahan tarixləri və yenilənmiş imtahan buraxılış vərəqələri yanvarın 9-da təkrar göndəriləcək.

Yanvarın 11-də keçiriləcək sertifikasiya imtahanında iştirakı nəzərdə tutulan şəxslər imtahan buraxılış vərəqəsində qeyd olunmuş ünvan və saatda sertifikasiya imtahanında iştirak üçün dəvət olunurlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR