Diananın ziyafət paltarı satışa çıxarıldı

Uels şahzadəsi Dianaya məxsus ziyafət paltarı Nyu-Yorkdakı Sotheby's satış evində hərraca çıxarılıb.

Metbuat.az xəbər verir ki, modelyer Viktor Edelşteyn tərəfindən 1989-cu ildə hazırlanan tünd badımcan rəngli məxməri paltar 1997-ci ildə - Diananın ölümündən bir ay əvvəl hərracda satılmışdı. Bu dəfə hərracda paltar şəxsi kolleksiyadan təqdim olunur.

Hərraca çıxarılan paltar 80-120 min dollar dəyərində qiymətləndirilir.

Qeyd edək ki, Diana 1981-1996-cı illərdə Britaniya taxt-tacının varisi Şahzadə Çarlzın (Böyük Britaniya kralı III Çarlz) həyat yoldaşı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR