Əlamətdar oyunda qırğın düşdü -

Kosta-Rika komandaları “Quanakasteka” ilə “Liberiya” arasında keçirilən yubiley oyununda futbolçular arasında kütləvi dava düşüb.

Metbuat.az xəbər verir ki, birincilərin 50 illiyinə həsr olunan qarşılaşmanın birinci hissəsində oyunçular əlbəyaxa olublar.

Hadisə “Liberiya” 2:1 hesabı ilə öndə olarkən 26-cı dəqiqədə baş verib. Kiçik mübahisə tezliklə dava-dalaşla əvəzlənib və hər iki komandanın oyunçuları futbol deyil, boks və karate hərəkətlərindən istifadə edərək, bir-birlərini vurublar.

Sonda tərəflər yubileyin korlanmaması üçün görüşün 3:3 hesabı ilə başa çatmasına razılaşıblar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR