Türkiyədə 300-dən çox qanunsuz miqrant saxlanıb

Türkiyədə 300-dən çox qanunsuz miqrant saxlanıb
13:28 19 Yanvar 2015
119 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Mersin vilayətində İtaliyaya getməyə cəhd edən 330 qanunsuz miqrant saxlanıb. Bu barədə Trend “Anadolu” agentliyinə istinadən xəbər verir.

Onların arasında Suriya vətəndaşları da var.

Qanunsuz miqrantlar Toqo dövlətinin bayrağı altında üzən balıqçı gəmisində saxlanıblar.

Eləcə də qanunsuz miqrantların İtaliyaya göndərilməsi ilə məşğul olan 4 Türkiyə vətəndaşı tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR