11 yanvardan etibarən Qarabağda yaşayan ermənilər üçün bütün bankomat və POS-terminallarında eyni ödəniş kartı ilə nağd pulun çıxarılması limiti gündəlik 50.000 dram-a ( 215 manata) qədər azaldılıb.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev açıqlama verib. Ekspert bildirib ki, bu vəziyyət qondarma qurumda nağd pul dövriyyəsində ciddi problemlər olduğunu təsdiqləyir.

"Qarabağdakı ermənilər bankomatlardan nəğd vəsaitləri kütləvi şəkildə çıxarmaqla ərazini tərk etməyə hazırlaşır. Qondarma qurum isə bunun qarşısını almaq üçün məhdudiyyətləri tətbiq etmək məcburiyyətində qalıb".

RSK-nın müvəqqəti nəzarətində olan ərazilərdə vəziyyətin kifayət qədər ağır olduğunu qeyd edən Ə.Verdiyev onu da qeyd edib ki, ərazidə ərzaq və dərmanla bağlı problemlər həmişəki kimi, bu gün də mövcuddur.

"Bölgədə 3-5 fırıldaqçı makler qida və dərmanları öz tanıdıqları şəxslərə və ya qohumlarına ötürürlər. Onlar isə daha baha qiymətə satırlar. Spitli içkiləri, ət və yumurtaları yetərincədir. Çörək və un qıtlığı da hiss olunmur. Son günlərdə havaların soyuması ilə əlaqədar elektrik problemi daha da aktuallaşıb. Xankəndinə gedən xəttin sıradan çıxdığı bəzi ərazilərə erməni mütəxəssislər müxtəlif bəhanələrlə getmək istəmir. Təmir üçün zəruri ehtiyat hissələr də çatışmır. Elektriklə problemlər mağazaların və istehsal sahələrinin işinə mənfi təsir göstərib".

Ədalət Verdiyev onu da vurğuladı ki, Ruben Vardanyan açıqlamalarının birində bəzi yardımların Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən verildiyini desə də problemlər hələ də qalmaqdadır.

Metbuat.az