Bu ölkə nüvə silahı əldə edə bilər -

Cənubi Koreya ilk dəfə nüvə silahı əldə etmək istəməsi ilə bağlı mesaj verib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Yon Suk Yel açıqlama verib. O bildirib ki, ölkəsi ilk dəfə nüvə silahı əldə edə bilər. Prezidentin sözlərinə görə, Cənubi Koreyanın müasir texnologiyaları və bu texnologiyalar vasitəsilə nüvə silahı əldə etmək olar. “Şimali Koraynın nüvə təhdidinin artması halında Cənubi Koreya öz nüvə silahını əldə edə bilər” - Cənubi Koreya lideri deyib.

Qeyd edək ki, Koreya yarımadasında vəziyyət gərgindir. Şimali Koreya bir neçə dəfə Cənubi Koreya sərhədini pozub. Şimali Koreya dronlarının Seula çatması Cənubi Koreyanın etirazına səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR