“Qalatasaray”dan ilin SÜRPRİZİ:

Ara transfer dövrünün işini sürətləndirən “Qalatasaray”, ilin sürprizinə hazırlaşır.

Metbuat.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, "Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq İlkay Gündoğan üçün sarı-qırmızılılar hərəkətə keçib.

"Qalatasaray"ın "transfer sehrbazı" Erden Timur yenidən böyük iddialara düşüb. “Fənərbaxça”nı derbi qarşılaşmasında 3:0 hesabı ilə məğlub edən və xal fərqini 4-ə yüksəldən sarı-qırmızılılar üçün ara transfer dövrü böyük əhəmiyyət kəsb edir. Liderliyi əldən vermək fikrində olmayan “Qalatasaray” çatışmayan mövqelərin möhkəmləndirməsi üçün qollarını çırmalayıb. Heyətini bir neçə transferlə ilə gücləndirmək istəyən “Cimbom” gündəmə səs gətirəcək bir futbolçu qoyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR