[ 02 İyun 2015 17:57 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. Paşa Kəsəmənski “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi təyin edilib.
AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, o, iyunun 2-dən vəzifəsinin icrasına başlayıb.
P. Kəsəmənskinin Azərbaycan mətbuatında böyük iş təcrübəsi var. O bu vəzifəyə təyin edilməzdən əvvəl Trend İnformasiya Agentliyinin baş direktorunun müavini vəzifəsində çalışıb.