Xəbər verdiyimiz kimi Nepalda “Yeti” Hava Yollarına məxsus “ATR 72” tipli təyyarə qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, göyərtədə olan hindistanlı sərnişinlərdən biri təsadüfən təyyarənin qəzaya uğramasının son saniyələrini lentə alıb. Görüntülərin olduğu telefon sonradan qəza yerindən tapılıb.

Xatırladaq ki, qəza nəticəsində 68 sərnişin və 4 ekipaj üzvü həlak olub.