Bekhemin avtomobili hərraca çıxarıldı

Bekhemin avtomobili hərraca çıxarıldı
13:32 19 Yanvar 2015
109 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhemin qəzaya uğramış avtomobili ebay-da hərraca çıxarılıb. Fanat.az xəbər verir ki, onlayn-hərraca çıxarılmış "Audi" markalı avtomobilin ilkin qiyməti 43 min avrodur.


Qəza Bekhem 15 yaşlı oğlu Bruklini London "Arsenal"ının məşq bazasından evə gətirərkən baş verib. Şahidlərin sözlərinə görə qarşıdan gələn avtomobil sürət həddini aşaraq, sabiq futbolçunun idarə etdiyi avtomobili vurub.


Bekhemlər ailəsindən ciddi xəsarət alan olmayıb və ata-oğul maşından özləri çıxıblar.


İndi Qərbi Yorkşir kompaniyası ebay vasitəsi ilə avtomobili satışa çıxarıb. Mütəxəssislərin rəyinə görə, Audi RS6 Bekhemin avtomobilə görə ödədiyi puldan 2 dəfə ucuz satılır.


Fanat.az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR