"Putinin gizli qiyamət silahı” rəsmən istifadəyə verildi -

Rusiya 5 ildir məxfi şəkildə hazırladığı silahı istifadəyə verir.

Metbuat.az xəbər verir ki, bu barədə Tass Rusiya ordusunda adını açıqlamayan mənbələrə istinadən xəbər verib. “Poseidon doom” torpedası kimi tanınan silah sistemi hələ ilk dəfə 2018-ci ildə ərsəyə gətirilməyə başlanılıb. Məlumata görə, bu raket nüvə başlığı daşıya bilir. Bildirilir ki, KİV-lərdə “Putinin gizli qiyamət silahı” adlandırılan “Poseidon raketləri “Belqorod” nüvə enerjili sualtı qayıqda istifadə olunacaq. Raketlər radioaktiv sunami yarada bilir.

Qeyd edək ki, xarici KİV-lər Putinin gizli silahları adlandırılan 6 silahın adı çəkilir. Onlar “Avanqard” hipersəs raketi, “Sarmat” qitələrarası ballistik raketi, “Burevestnik” qanadlı raketi, “Kinjal” ballistik raketi və “Zirkon” hipersəs raketləridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR