Rusiya Ukraynada məğlub olacağı halda nə edəcəyini açıqladı

“Nüvə silahlarına sahib olan Rusiyanın məğlub olması nüvə müharibəsinə səbəb ola bilər”.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıqlama verib. Davosdakı iqtisadi forumda Rusiyanın məğlub olması halında müharibənin başa çatacağı barədə səsləndirilən fikirlərə münasibət bildirən Dmitri Medvedev belə deyib:

“Zavalıların arasında heç kimin ağlına bu fikir gəlmir: Adi müharibədə nüvə dövlətinin məğlubiyyəti nüvə müharibəsinə səbəb ola bilər. Nüvə dövlətləri öz talelərinin asılı olduğu böyük münaqişələrdə məğlub olmayıblar”.

Qeyd edək ki, Qərbin bəzi siyasətçiləri Davosdakı iqtisadi forumda bildiriblər ki, Ukraynada sülh ancaq Rusiyanın məğlub olacağı təqdirdə mümkün ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR