"Yunanıstanın Baş naziri Kriakos Miçotakisin sözləri regionun taleyini həll etmək üçün kifayət deyil".

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Yunanıstan Lozanna anlaşmasının şərtlərinə əməl etmir:

“Adalar hələ də silahlandırılır. Biz də buna uyğun olaraq lazımi addımları atırıq. Yunanıstan öz başının çarəsinə baxmalıdır”.