Tanınmış hücumçu "Qarabağ"la müqavilə bağlamaq üçün Bakıya gəldi

"Qarabağ" bu qış ikinci transferini gərçəkləşdirməyə yaxındır.

Metbuat.az-ın Qol.az-a istinadən məlumatına görə, Ağdam təmsilçisi Albaniya millisi və "Tirana"nın hücumçusu Redon Djidja ilə müqavilə imzalayacaq. 24 yaşlı bununla əlaqədar artıq Bakıya gəlib. O, bu gün tibbi müayinədən keçəcək. Daha sonra isə tərəflər müqavilə imzalayacaq. Müqavilənin uzun müddəti - ən azı 3,5 ili əhatə edəcəyi bildirilir.

O, bu mövsüm "Tiran"nın heyətində keçirdiyi bütün turnirlərdə 22 oyun keçirib və 14 qol vurub. O. iki dəfə Avropa kuboklarında (Çempionlar Liqası və Konfrans Liqasınının təsnifat mərhələlərində) fərqlənib. Djidja ötən ilin oktyabrında Səudiyyə Ərəbistanı ilə matçda millidə debüt edib. Ümumən, o, 2 oyunda əsas millinin formasını geyinib.

Xatırladaq ki, "Qarabağ" bu qış vinger Adama Diakabini də heyətinə cəlb edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR