​ABŞ-ın “Vaqner”lə bağlı açıqlamaları əsassızdır -

ABŞ-ın təhlükəsizlik şirkəti “Vaqner”lə bağlı açıqlamaları əsassızdır.

Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov belə deyib. O bildirib ki, ABŞ uzun müddətdir “Vaqner” barədə yalnış iddialar irəli sürür. “Vaqner”ə qarşı irəli sürülən ittihamlara dair heç bir dəlilin olmadığını bildirən Peskovun sözlərinə görə, Vaşinqton iddiaları ilə bağlı heç vaxt sübut ortaya qoymayıb.

"“Vaqner"i şeytanlaşdırmaq üçün Vaşinqtondan ilk dəfə deyil ki, bu cür açıqlamalar eşidirik. Bu, uzun illərdir davam edir. Amma heç bir sübut təqdim edilmir. Bu, bəyanatların mənasını əhəmiyyətli dərəcədə aşağı salır” - Peskov deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR