""Vaqner"ə qəbul edilən məhbusları Putin şəxsən əfv edib" -

Kreml etiraf edib ki, Rusiya prezidenti Vladimir Putin “Vaqner Qrupu” tərəfindən Ukraynaya qarşı müharibədə iştirak etmək üçün cəlb edilmiş məhkumları əfv edib.

Metbuat.az "Financial Times"ə istinadla xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov mediaya şərhində bildirib.

Peskovun sözlərinə görə, məhbuslar “Rusiya qanunlarına ciddi şəkildə uyğun olaraq” əfv olunublar. O qeyd edib ki, yalnız prezidentin məhbusları əfv etmək səlahiyyəti var.

Peskov ictimaiyyətə bu barədə müvafiq sənədlərin açıqlanmamasının səbəbini “açıq fərmanlar var və “məxfi” işarəsi olan fərmanlar var” deməklə izah edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR