Ukraynadakı münaqişəyə son qoymaq üçün dörd təklif verildi -

Analitiklər ABŞ-a Ukraynadakı münaqişəyə son qoymaq üçün təkliflər veriblər.

Metbuat.az xəbər verir ki, Amerikanın "RAND" analitik mərkəzinin ekspertləri ABŞ-a Ukraynadakı münaqişəyə son qoymaq üçün dörd addım atmağı təklif ediblər.

Qurumun saytında dərc edilən “Uzun müharibədən necə qaçmaq olar: ABŞ siyasəti və Rusiya-Ukrayna münaqişəsinin trayektoriyası” adlı hesabatda ekspertlər Ukraynadakı münaqişəni Amerikanın milli maraqları nöqteyi-nəzərindən təhlil edərək böhranın uzanmasının Vaşinqton üçün sərfəli olmadığını müəyyən ediblər. Analitiklər hesab edir ki, Vaşinqton Kiyevi hərbi yardım almaq şərti kimi danışıqlar masasına oturmağa məcbur edə bilər.

Bundan əlavə, ABŞ-a Ukraynanın təhlükəsizliyini və neytrallığını təmin etmək üçün məsuliyyəti öz üzərinə götürmək təklif edilib. Vaşinqtondan həmçinin Rusiyaya qarşı sanksiyaların yumşaldılması üçün şərtlər hazırlamaq da bu təkliflərin tərkibinə daxildir.

Valday Klubunun elmi direktoru və “Rusiya in Global Affairs” jurnalının baş redaktoru Fyodor Lukyanov RAND hesabatını “indiki əsas cərəyanda mümkün olan ən sülhsevər yanaşma” adlandırıb.

Ekspert qeyd edib ki, Vaşinqton vəziyyətin müsbət yöndə həlli üçün Ukraynaya göstərilən həcmdə yardım göstərməkdən imtina etməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR