Co Bayden və Ərdoğan sosial mediada ən çox izlənilən dünya liderləridir

İtaliyanın “Italia digitale” fondunun rəqəmsal rəsədxanası dünyanın bəzi aparıcı ölkələrinin liderləri ilə bağlı araşdırma aparıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 24 lider arasında aparılan araşdırmada liderlərin son 3 ayda sosial media fəaliyyətlərinə görə sıralaması hazırlanıb. Araşdırmada izləyicilərin sayı, hər yazıya bildirilən rəy və son 3 ayda qarşılıqlı əlaqə əsas götürülüb. Sosial mediada ən çox izlənilən lider 66 milyondan çox izləyicisi olan ABŞ Prezidenti Co Bayden olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 40 milyondan çox izləyici ilə ikinci yerdə qərarlaşıb.

Ukrayna Prezidenti Volodimir Zelenski 27 milyonla üçüncü olub.

Braziliya Prezidenti Lula da Silva isə sosial mediada ən fəal lider kimi təhlil edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR