Türk istedad Avropa nəhənginə doğru -

PSJ “Fənərbaxça”nın istedadlı futbolçusu Arda Güləri transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə “L'Equipe” qəzeti məlumat yayıb. Bildirilir ki, PSJ Arda Gülər üçün iddialı təklif hazırlayıb. Məlumata görə, klub heyətində gəncləşdirmə siyasəti aparmaq istəyir. Bunun üçün qapıçı Keylor Navas, Neymar və digər yaşı çox olan futbolçuların klubdan göndərilməsi gündəmdədir. PSJ gənc oyunçulara yatırım etmək istəyir.

Qəzetin məlumatına görə, “Napoli” “Milan”, “Dortmund” “Mançester Yunayted” kimi nəhəng klublar da Ardanı transfer etməyə çalışır. “Fənərbaxça” isə yüksək təklif olmadıqca futbolçunu satmağa tələsmir. Türklər hesab edir ki, Ardanın istedadı var bir müddət sonra onun dəyəri daha da artacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR