"Əl-Nəsr"də Ronaldo zəlzələsi:

“Əl-Nəsr” klubunun baş məşqçisi Rudi Qarsia Kriştiano Ronaldo barədə diqqətçəkən açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Ronaldo qarşıdakı illərdə yenidən Avropada futbol oynaya bilər: “Ronaldo rəqibin müdafiəsini keçməsində bizə böyük dəstək verəcək. O dünyanın ən yaxşılarından biridir. “Əl-Nəsr” klubunun onun karyerasında son klub olacağına inanmıram. Məncə Ronaldo gələcək illərdə yenidən Avropada oynayacaq”.

Qeyd edək ki, “Əl-Nəsr” rəhbərliyi Ronaldonun karyerasını klubda yekunlaşdırmasını istəyir. “Əl-Nəsr” klubu ilə 2,5 illik müqavilə imzalayan Ronaldo, hələlik rəsmi oyunlarda qol vurmayıb. İddia edilir ki, Ronaldo “Əl-Nəsr”ə keçməzdən əvvəl “Çelsi” və ya “Bavariya”ya transfer olmaq istəyib. Bu üzdən onun “Əl-Nəsr”də xoşbəxt olmadığı irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR