Partlayışda xəsarət alan əcnəbilərin durumu

Bakının Sabunçu qəsəbəsində baş vermiş partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən Metbuat.az-a bildirilib ki, Sabunçu qəsəbəsində baş vermiş partlayış nəticəsində xəsarət almış Pakistan vətəndaşları Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar:

"Hadisə zamanı evdə olan və bədən xəsarəti alanlardan 4-nün vəziyyəti orta ağırdı. Üzlərində, boyunlarında, əllərində, ayaqlarında 2-3-cü dərəcəli termiki yanıq diaqnozu ilə reanimasiya şöbəsində müalicələrini davam etdirirlər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR