"Böyük Britaniya iqtisadiyyatı 2023-cü ildə kiçiləcək" -

"Böyük Britaniya iqtisadiyyatı kiçiləcək və digər inkişaf etmiş iqtisadiyyatlardan daha pis performans göstərəcək".

Metbuat.az xəbər verir ki, bu qənaətə Beynəlxalq Valyuta Fondu (BVF) gəlib. Onlar hesab edirlər ki, Britaniya iqtisadiyyatı 2023-cü ildə proqnozlaşdırıldığı kimi cüzi böyümək əvəzinə, 0,6 faiz azalacaq. Bununla belə, BVF Böyük Britaniya iqtisadiyyatının indi "düzgün yolda" olduğu barədə də fikirlərə sahibdir.

BVF bildirib ki, onun yeni proqnozu Böyük Britaniyanın yüksək enerji qiymətləri və yüksək inflyasiya kimi maliyyə şərtlərini əks etdirir.

BVF-nin baş iqtisadçısı "Pierre-Olivier Gourinchas" BBC-yə bildirib ki, 2022-ci il üçün Böyük Britaniya 4.1% səviyyəsində kifayət qədər güclü artım əldə edib və bu statistka Avropada ən güclü artım sayılır. BVF-nin Britaniya üçün qarşıdakı - 2024-cü ildə proqnozu ÜDM-nin 0,6%-dən 0,9% olacağı istiqamətindədir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR