Rusiyalı əsgərlərə inanılmaz mükafat:

Rusiyanın Zabaykal bölgəsinin qubernatoru Aleksandr Osipov əyalət əsgərlərinə Ukraynada ələ keçirilən və ya məhv edilən NATO tanklarına görə mükafatlar vəd edib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Leopard tankını işlək vəziyyətdə ələ keçirənə 3 milyon rubl mükafat veriləcək. 1 tankı məhv edən hər kəsə bir milyon rubl, ələ keçirməyə müvəffəqiyyətlə kömək edənə 7150 dollar, Leopardın məhv edilməsinə kömək edənə 2240 dollar mükafat veriləcək.

Qubernator ABŞ-ın M1 Abrams tankının işlək vəziyyətdə ələ keçirənə isə 1,5 milyon rubl, onun məhvinə görə 500 min rubl mükafat vəd edib. Həmçinin zirehli texnikaların məhvində iştirak edən digər əsgərlərə də mükafatlar vəd edilib. Qeyd edək ki, Qərb Ukraynaya yeni tanklar verəcəyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR