Nobel Sülh mükafatı Ərdoğana verilməlidir -

Pakistandan sonra Macarıstan da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyinin irəli sürülməsinin tərəfdarıdır.

Metbuat.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatro türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. O bildirib ki, Ərdoğan Ukrayna üzrə danışıqlara vasitəçilik etdiyinə görə Nobel Sülh Mükafatına layiqdir.

Nazirin sözlərinə görə, Türkiyənin danışıqlarda vasitəçiliyi Rusiya və Ukrayna arasında indiyə qədər ən uğurlu missiya olub. Peter Siyatro Türkiyənin səyləri nəticəsində “taxıl sazişi”nin əldə edilməsini də xatırladıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR