Türkiyə təmsilçisinin yeni transfer “bombası” -

“Qalatasaray” klubu “Yuventus”un hücumçusu Anxel Di Marianı transfer etmək üçün təklif göndərib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, təklif Di Marianın diqqətini cəlb edib. O, Türkiyədə oynamağa qarşı çıxmayıb. İddia edilir ki, Dia Maria “Qalatasaray”da oynayan milli komanda yoldaşı Mauro İkardidən Türkiyə klubu barədə soruşub. Məlumata görə, 35 yaşlı futbolçu yekun qərarı hələ verməyib. Di Maria ilə bir sıra klublar maraqlanır. Qeyd edək ki, Di Marianın “Yuventus”la müqaviləsi bu mövsümün sonunda başa çatır. "Yuventus" klubunun Anxel Di Mariya ilə müqavilə yeniləmək istəmədiyi vurğulanıb.Məlumata görə, Turin təmsilçisinin rəhbərliyi növbəti mövsümdə maaşları azaltmaq istədiyi üçün bu addımı atır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR