Şimali Koreya ABŞ-ı nüvə bombası ilə təhdid etdi

“İstənilən qısa və ya uzunmüddətli təhdidlərə “əzici nüvə gücü” ilə cavab verməyə hazırıq”.

Metbuat.az xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyi ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimlərini artırmasına belə münasibət bildirib. Açıqlamaya görə, ABŞ-ın Cənubi Koreya ilə birgə təlimləri artırması regionda vəziyyəti gərginləşdirir. Bəyanatda ABŞ qüvvələrinin “düşməncə hərəkətləri” səbəbindən Koreya yarımadasında və regionda hərbi-siyasi vəziyyətin “qırmızı xətti” keçdiyi bildirilib. Əlavə edilib ki, ABŞ Koreya yarımadası və onun ətrafında hərbi fəaliyyətlərini davam etdirərsə, Şimali Koreya çəkindirici gücündən istifadə edəcək.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin Cənubi Koreyada döyüş təyyarələri və hərbi gəmilər kimi strateji hərbi qüvvələrinin sayının daha da artırılacağını açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR