Ronaldonun məvacibi dövlət büdcəsindən ödənilir

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun maaşının cəmi 10 faizini “Əl-Nəsr” ödəyir.

Metbuat.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. Bildirilir ki, 37 yaşlı futbolçunun maaşının qalan hissəsi Səudiyyə Ərəbistanı büdcəsindən ödənilir. Onun klubda illik qazancı təxminən 217 milyon avrodur.

Qeyd edək ki, futbolçunun məvacibinin dövlət büdcəsindən ödənilməsi təəccüblü deyil. Səudlar özləri məşhur futbolçuların ölkədə çıxışına maraqlıdır. Məsələ burasındadır ki, Səudiyyə Ərəbistanı 2030-cu ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir. Ərəblər belə sensasiyalı transferlərlə diqqəti krallığa yönəltmək istəyirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR