Mağazalardan oğurluq edən qadın saxlanılıb-

Bakıda mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

Metbuat.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu haqda məlumat verir.

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılan 1990-cı il təvəllüdlü Səbinə Ağayeva mağazalara daxil olaraq satıcıların fikrini müxtəlif formalarda yayındıraraq bir çox oğurluq əməlləri törətməkdə şübhəli bilinir.

"Onun cinayətkar əməllərindən zərər çəkən başqa şəxslər varsa polisə məlumat vermələri tövsiyə olunur", - məlumatda qeyd olunub.

Araşadırmalar davam etdirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR