Makron və Netanyahu İrana qarşı birgə fəaliyyət aparacaq

İsrailin baş naziri Binyamin Netanyahu Fransaya səfər edib.

Metbuat.az xəbər verir ki, bu barədə Yelisey Sarayından açıqlama verilib. Bildirilir ki, Fransa Prezidenti Emmanuel Makronla görüşən Netanyahu, İran və Fələstin məsələsi əsas olmaqla bir çox regional məsələləri müzakirə ediblər. Makron Fələstin ərazilərindəki mövcud vəziyyətlə bağlı narahatlıqlarını Netanyahuya çatdırıb. Makron bölgədə sülhə zərbə vuran qeyri-qanuni məskunlaşma fəaliyyətlərinə qarşı olduğunu bildirib.

Makron və Netanyahu İranın regionda sabitliyi pozan fəaliyyətləri ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Makron və Netanyahu İrana qarşı birgə işləməyə qərar veriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR