Faciəvi şəkildə vəfat edən vəkilin üzərindən

Sumqayıtda vəkilin intiharı ilə bağlı bəzi detallar üzə çıxıb.

Metbuat.az Baku TV-yə istinadən xəbər verir ki, yaşadığı 16-cı məhəllədəki binanın yanından keçən qaz borusundan asan Sumqayıt Regional Vəkil Bürosunun üzvü 45 yaşlı Vüsal Mirzəyevin üzərindən məktub tapılıb.

Məktubda Vüsal ölümündə heç kəsin günahının olmadığını deyib və ailəsindən üzr istəyib. O, anasının 2 il əvvəl vəfat etməsindən sonra yaşamaq istəmədiyini, intiharı əvvəlcədən qərarlaşdırdığını qeyd edib.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR