Avropa klubları Türkiyədəki zəlzələ ilə bağlı paylaşım etdi

Avropanın futbol klubları Qəhrəmanmaraşda baş verən zəlzələ ilə bağlı həyatını itirənlərin yaxınlarına başsağlığı mesajı verib.

Metbuat.az xəbər verir ki, “Barselona” klubu sosial media hesabında "Türkiyədə baş verən zəlzələdə yaxınlarını itirənlərə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Qəlbimiz Türkiyənin yanındadır” - deyə yazıb.

“Real Madrid”: “Prezidentimiz və idarə heyətimiz bu fəlakətdən dərin hüznlə kədərləndi. Ölənlərin yaxınlarına başsağlığı veririk. Dua edirik ki, bütün yaralar tez sağalsın”.

“Liverpul”: "Mərkəzi Qəhrəmanmaraşda yerləşən zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik. Dualarımız bu böyük zəlzələdən zərər çəkənlərlədir...”.

"Mançester Siti":"Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirik. Ümid edirik ki, kömək gözləyən vətəndaşlara ən qısa zamanda çatacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR