Bakıda bu binalar zəlzələyə davamsızdır -

"Bakıda hazırda 11 minə yaxın istismar müddətini başa vurmuş köhnə tikili var. Bunlar 2,3,5 mərtəbəli binalardı. 150 bina isə qəzalı kimi qeydə alınıb. Onların hamısı sökülməlidir. Əgər Bakıda da belə yüksək bal gücündə zəlzələ baş versə, dağıntıların sayı daha çox ola bilər. Çünki bir şəhərdə 11 minə yaxın qəzalı binanın olması dəhşətli göstəricidir".

Metbuat.az xəbər verir ki, bu sözləri Tribunainfo.az-a əmlak eksperti Elnur Fərzəliyev Bakı şəhərindəki binaların keyfiyyəti, yüksək ballı zəlzələ baş verəcəyi halda hansı hadisələrin yaşana biləcəyi ilə bağlı danışarkən deyib.

Espert bildirib ki, Türkiyədə bu qədər dağıntının olmasına səbəb tikililərin keyfiyyətsizliyidir:

“Türkiyədə 20-30 il rəzində davamlı şəkildə zəlzələlər baş verir. Ərazi seysimik zonada yerləşir. Belə aktiv zəlzələ ocaqları yerləşən ərazilərdə hündür mərtəbəli binaların tikintisi qadağan olunmalıdır və ya tikilirsə, yüksək keyfiyyətlə inşa olunmalıdır ki, dağıntılar baş verməsin.
Burada Yaponiya təcrübəsinə əsaslanmaq lazımdır. Yaponiyada demək olar hər gün zəlzələ olur. Lakin orada binalar elə formada tikilir ki, dağıntı ümumiyyətlə qeydə alınmır.

Türkiyədə hər zəlzələdə bu qədər dağıntının olmasına səbəb tikililərin keyfiyyət olmasının göstəricisidir.

Azərbaycanda aparılan tikintini isə keyfiyyətsiz hesab etmək olmaz. Burada zəlzələ baş verərsə, dağıntılar daha çox istismar müddətini başa vurmuş binalarda qeydə alınacaq.

Yeni tikililər yüksək keyfiyyətlə tikilir və hər beton atılan zaman analiz götürülür, armatur sayı yoxlanılır. Bizdə zəlzələ baş verərsə, qəzalı binaların dağılma ehtimalı yüksəkdir”.

E.Fərzəliyev bildirib ki, yeni tikililərin keyfiyyəti yüksək olsa da, seçildiyi yer düzgün olmur:

“Sıx şəkildə inşa edilən binalar istənilən fövqəladə hallar üçün təhlükəli hesab edilir. Zəlzələlər zamanı dağıntıların çox olmasına səbəb adətən binaların bir-birinə yaxın tikilməsi olur.

Bakıda hələ tikinti bumu qarşıdadır. İstismar müddətini başa vurmuş binalar, qəzalı binalar sökülüb aradan çıxmalıdır. Bu cür binalar sökülməsə, Bakıda da bu cür zəlzələ baş verdiyi zaman dağıntı həddən artıq çox ola bilər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR