Təxminən 10 gün əvvəl Xankəndidəki separatçıların başçısı Arayik Arutyunyan Rusiyaya gedib.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Arutyunyanın Moskva səfərində məqsəd Rusiyanın Qarabağ ilə bağlı mövqeyini öyrənmək olub. Səfərindən üç-dörd gün sonra Arutyunyan yenidən Xankəndinə qayıdıb.

Daha bir açıqlama separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan ilə bağlıdır. Onun da hazırda Rusiyanın paytaxtında olduğu deyilir. Nəşr qeyd edir ki, Vardanyanın nə vaxt qayıdacağı bəlli deyil.