"Mançester Siti"nin çempionatdan kənarlaşdırılması tələb edilir

İngiltərə Premyer Liqasının klubları maliyyə qaydalarını pozmaqda təqsirli bilinən "Mançester Siti"nin çempionatdan kənarlaşdırılmasını tələb edirlər.

Metbuat.az xəbər verir ki, ittihamlar təsdiqini tapsa, "Mançester Siti"yə güzəşt olmayacaq. "Mançester Siti"nin çempionatdan kənarlaşdırılmasını tələb edən klublar arasında

"Mançester Yunayted", "Arsenal", "Liverpul", "Çelsi", "Tottenhem" və digər klublar var.

Qeyd edək ki, "Mançester Siti" 2009/2010 mövsümündən 2017/2018 mövsümünədək çoxsaylı maliyyə feyr-pley pozuntularında günahlandırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR