"Vardanyanı Moskvaya sülhməramlılar hamilə qadın kimi göndəriblər"

Xəbər verdiyimiz kimi, separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan Rusiyanın paytaxtı Moskva şəhərindədir.

Onun Xankəndidən necə çıxması ilə bağlı bir çox versiyalar var.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən politoloq Yeganə Hacıyeva deyir ki, Vardanyanı Qarbağdan Rusiya sülhməramlıları çıxarıb.

“Onun Moskvada görsəndiyi ərəfədə Rusiya sülhməramlıları Qarabağdan əsgərlərin istifadə olunmuş paltarları, çirkli yorğan döşəkdən ibarət texniki yük çıxardıb. Bir də , sülhməramlıların ailə üzvlərindən Rusiyaya müalicə və müainəyə gedən şəxslər olub. Bu şəxslərin arasında isə Ruben Vardanyanın “qabaritinə” uşaq dünyaya gətirmək üçün Rusiyaya gedən hamilə qadın uyğun gəlir. Onu hamilə qadın qismində Moskvaya aparıblar. Qırmızı Xaçın çıxartdığı adamların sıralarında Vardanyanı ona görə axtarmırıq ki, Vardanyan İravan ofisinin rəhbərliyində Paşınyanın sorosçu dostu olan təşkilata öz “evakuasiyasını” etibar etməzdi. Rusiyanın Qarabağdakı agentini elə sülhməramlılarının özü daşıması daha məntiqlidir” .

Qeyd edək ki, təxminən 10 gün əvvəl Xankəndidəki separatçıların başçısı Arayik Arutyunyan Rusiyaya gedib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR