Zəlzələnin təsir etdiyi bu bölgədə axtarış-xilasetmə işləri dayandırıldı

Türkiyənin zəlzələ baş vermiş əyalətlərindən biri olan Şanlıurfada axtarış-xilasetmə işləri yekunlaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd olunub ki, sözügedən ərazidə çalışan qruplar dərhal axtarış-xilasetmə işlərinin aparıldığı digər vilayətlərə göndərilib.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında və ondan 9 saat sonra baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 7,7 və 7,6 bal gücündə hiss olunub. Bu saata qədər zəlzələ nəticəsində 12 873 nəfər həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR