Yapon alim xəbərdarlıq etdi:

“Türkiyədə yaxın zamanlarda Mərmərə bölgəsində böyük zəlzələ gözlənilir”.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yaponiyalı elm adamı, zəlzələ üzrə mütəxəssis Yoşinori Morivaki türkiyəli aparıcı Ferda Yıldırıma canlı efirdə müsahibəsi zamanı bildirib.

Ferda Yıldırım elm adamına yanvar ayında qatıldığı bir seminar zamanı zəlzələ ilə bağlı bəzi açıqlamalarını xatırladıb. Morivaki o zaman zəlzələnin gözlənildiyi ilə bağlı xəbərdarlıq edibmiş.

“İlk olaraq deyim ki, hazırlıqlı olmaq lazımdır. Türkiyədə yaxın zamanlarda Mərmərə bölgəsində böyük zəlzələ gözlənilir. Amma Şərq qırılma xətti də parçalanmağa başlayıb, ona görə bunu bir xəbərdarlıq kimi də hesab etmək olar”, - deyə o, yanvar ayında qeyd edib.

Yoşinori Morivaki hazırda bir neçə yerdə risk olduğunu da bildirib. Əsas riskli bölgələrin hansılar olduğuna dair suala cavabında mütəxəssis Mərmərə bölgəsinin adını çəkib.

“Mərmərə bölgəsində xüsusilə dörd yerdə uzun zamandır parçalanmayan qırılma xətləri nöqtələri var. Bu bölgənin təhlükəli olduğunu deyə bilərəm. İkinci olaraq Şərqi Anadolu qırılma xəttinin içində Bingöldə bir dəfə kiçik zəlzələ baş verdi, amma daha güclü zəlzələnin olacağı gözlənilir. Egey tərəfdə də 6, maksimum 7 bal gücündə zəlzələnin olması mümkündür.

Hazırda zəlzələnin baş verdiyi bölgələrdə də təkanların bir neçə ay, bir il sonra təkrarlanması ehtimalı var. Ona görə də diqqətli olmaq lazımdır”, - deyə o vurğulayıb.

Daha ətraflı videosüjetdə:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR