Ümid bitdiyi yerdə başlayır: 102 saat sonra gələn sevinc

Türkiyənin Kahramanmaraş vilayətindəki zəlzələ nəticəsində dağıntılar altında qalan daha 6 nəfər xilas edilib.

Metbuat.az xəbər verir ki, xilasedicilər Hatay vilayətində yeniyetmə oğlanı 102 saat sonra dağıntılar altından sağ çıxarılıb. Dağıntılar altında daha 4 nəfərin qaldığı və onların həyatda olduğu bildirilir. Onların xilas edilməsi üçün axtarışlar davam edir.

Qeyd edək ki, dağıntılar altından çıxarılan 4 nəfər bir ailənin üzvləridir. Ailənin digər üzvü Furkan bir neçə saat əvvəl verdiyi açıqlamada dağıntılar altında qalan 6 ailə üzvündən ümidini itirdiyini ifadə etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR