Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən iki böyük - 7,7 və 7,6 ballıq zəlzələr nəticəsində ölüm sayları artır.
Metbuat.az xəbər verir ki, artıq 5-ci gündür ki, dağıntılar altından insanlar çıxarılır. 104 saat keçməsinə baxmayarq dağıntılar altından möcüzəvi şəkildə insanlar sağ çıxaırlır. Təəssüf ki, ölü sayı qat-qat çoxdur. Son rəqəmlərə görə, zəlzələ nəticəsində həlak olanların sayı 18 342 nəfərə çatıb.
Zəlzələnin mərkəzi olan Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında həyatını itirənlər üçün açılan məzarlıq dəhşəti bir daha gözlər önünə sərib.
Dünyanın ən dəhşətli zəlzələ faciələri - Minlərlə insan ölümü, milyardlarla ziyan...




