“Rusiya raketlərinin Moldova və Rumıniyadan keçməsi NATO-nun təhlükəsizliyinə təhdiddir”.
Metbuat.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenki deyib. O bildirib ki, dünya Rusiya terrorunun qarşısını almalıdır:
“Bu gün Rusiyanın bir neçə raketi Moldova və Rumıniyanın hava sərhədini pozub. Bu, qarşısı alına bilən terrordur. Dünya bunu etməlidir”.
Zelenski qeyd edib ki, bugünkü hücum zamanı Rusiya 70-dən çox raket atıb:
“Onlardan 60-ı havadaca zərərsizləşdirilib. Düşmənin hədəfləri mülki infrastruktur və dinc sakinlərdir. Raket zərbələri nəticəsində ölənlər var".